21 
İyl
2015
12:05
34
12
1646
Virtual karabakh

Statoil TAP-da olan payını satır

21 İyl, 2015
12:05
1646

Statoil TAP-da olan payını satır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz adətən öz sövdələşmələrimizi şərh etmirik”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev ANS telekanalına verdiyi müsahibəsində Norveç şirkəti Statoil-in TAP-da olan (Trans-Adriatik Boru Kəməri) 20%-lik payını satması barədə bildirib.

Onun sözlərinə görə, artıq bu aksiyaların alıcısı var.

“Bir neçə şirkət Statoil payının əldə edilməsinə maraq göstərib və mən düşünürəm ki, bu payı bir neçə şirkətin alması daha yaxşı olardı”, - Oxu.Az xəbər verir ki, Abdullayevin sözlərindən Reuters sitat gətirib.   

Statoil şirkətinin özü TAP-dakı aksiyalarının satışını şərh etmir.

“Biz adətən öz sövdələşmələrimizi şərh etmirik”, - şirkətin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Statoil beləliklə, Azərbaycan qaz layihələrindən çıxır.

30 aprel tarixində şirkət “Şahdəniz” yatağındakı payını Malayziyanın Petronas şirkətinə satıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri