Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12