Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə Ağamalı Sadıq küçəsində baş verib.
Belə ki, Sadıq Şəmsəddin oğlu Sadıqov idarə etdiyi "Chevrolet Cobalt" markalı minik avtomobili yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əzizə Seymur qızı Məmmədlini vurub və sonuncu hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov