Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən boya istehsalı zavodunda baş verən yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yanğın nəticəsində təcili tibbi yardım briqadası tərəfindən altı nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar. Bir nəfərə (kişi cinsli) sağ əlin yanığı, bir nəfərə isə (kişi cinsli) özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.
Oxu.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.
Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m olan iki ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3 500 kv.m olan digər doqquz ədəd obyekt yanğından mühafizə olunub.
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda başlayan yanğınla bağlı çağırış əsasında ilkin olaraq yeddi təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Avqustun 22-si saat 11:00-da Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.
"Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb".
Oxu.Az bu barədə FHN-in məlumatına istinadla xəbər verir.
Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.











Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
Oxu.Az bu barədə FHN-in məlumatına istinadla xəbər verir.
Qeyd olunur ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir. Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.








Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda başlayan yanğının yayılmasının qarşısı alınıb.
Oxu.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hazırda yanğınla mübarizə tədbirlərini davam etdirirlər.
Əlavə məlumat veriləcək.
Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən boya istehsalı müəssisəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
Əzizə İsmayılova
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
@tv.oxu Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda güclü yanğın başlayıb #Oxuaz
♬ Epic News - DM Production