Abşeron rayonunda baş verən bədbəxt hadisə ilə bağlı yeni detallar məlum olub.
Bu barədə hadisə şahidi Baku TV-yə danışıb. O bildirib ki, Ramil Saatov işləyən zaman 20 tonluq çən onun üzərinə aşıb:
"Qardaş qışqırdı ki, uşaq çənin altında qaldı, qaçıb gəldik. Gördüm ki, iş yoldaşları əli ilə torpağı qazır. Taxta ilə dəmirin arasında qalmışdı, qazmağın mənası yox idi. Bir-iki dəqiqə yaşadı, sonra öldü".
Ətraflı videomaterialda:
Abşeron rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Məmmədli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Ramil Saatovun işlədiyi sexdə üzərinə dəmir çərçivə aşıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli