Ağcabədi rayonunda azyaşlı bıçaqlanıb.
Oxu.Az-ın məlumatın görə, hadisə fevralın 4-də axşam saatlarında baş verib.
2019-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Azyaşlı dərhal əməliyyat olunub.
Məlumata görə, azyaşlını bıçaqlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli