Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağdaban faciəsinin canlı şahidi: "Nəslimizdən 32 nəfər şəhid oldu, 5 nəfəri evdə yandırdılar"
Ağdaban qətliamından 33 il ötür. Faciə şahidlərindən olan Qiyas Alıyev Goranboyun Qaraçinar kəndində məskunlaşıb. Doğma kəndini 25 yaşında tərk edən Ağdaban sakini o günləri ürək ağrısı ilə yada salır.
"1992-ci il aprelin 8-də saat 6 radələrində ermənilər güclü ordu ilə kəndə hücum etdilər. Kənddə cəmi 8 avtomat var idi, başqa silahımız yox idi. O günləri xatırlayanda insan özünü çox pis hiss edir. Nəslimizdən 32 nəfər şəhid oldu, 5 nəfəri evdə yandırdılar. Əmim 5 yaşlı qızını götürüb evdən çıxanda bir güllə ilə ikisini də şəhid etdilər. Yolu tanıdığımıza görə meşələrin arası ilə kənddən güclə çıxa bildik. İndi hər şey qaydasındadır. Şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımız azaddır", - deyə sakin qeyd edib.
Q.Alıyev illər sonra doğma yurdunda olarkən keçirdiyi hisslərdən danışıb:
"Ata yurduma gedəndə çox pis oldum. Kənddə damı olan bir dənə də ev qalmayıb. Kəndimdə yenidən yaşamaq ən böyük arzumdur".
Qeyd edək ki, Ağdaban qətliamı zamanı 32 yerli sakin və onlara köməyə gələn 15 nəfər şəhid olub. 130-dan çox ev tamamilə yandırılıb, 779 nəfər dinc sakinə divan tutulub, 2 nəfər itkin düşüb.
Ətraflı Baku TV-nin süjetində:

"Ermənilərin hərbi cinayətləri" teqi üzrə xəbərlər
- Zərərçəkmiş: "Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi"
- Ermənistan ordusu tərəfindən Başlıbel əhalisinin məhvinin şahidi olanlar məhkəmədə ifadə veriblər
- Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsirlərə işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
- Zərərçəkmiş: "Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar"
- Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını göstərən videomaterial nümayiş etdirilib