Ağdamda baş verən bədbəxt hadisənin bəzi təfərrüatı məlum olub.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Qaradağlı kəndində yerləşən Ağdam Dövlət Sınaq Məntəqəsində baş verib.
Ağdam rayon, Zəngişalı kənd sakini, 25 yaşlı Hikmət Sadiq oğlu Mahmudlu məntəqə müdiri işləyən atası Sadiq Mahmudova müəssisədə olan texnikanı sınaqdan keçirmək üçün kömək etməyə gəlib. Hadisə də elə bu vaxt baş verib.
Faktla bağlı araşdırma davam etdirilir.
Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.
H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.