Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi yaxınlığında, Uzundərə ərazisində qeydə alınıb.
Belə ki, "Toyota Prado" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12