Ağdam rayonunda baş verən yanğın nəticəsində həyatını itirən şəxslə bağlı rəsmi açıqlama verilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 2-də Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunan 1965-ci il təvəllüdlü (qadın) şəxsin sağlamlıq vəziyyəti dəyərləndirildikdən sonra reanimasiya şöbəsində müvafiq müalicə və müayinə tədbirləri aparılıb.
Təəssüflə qeyd edirik ki, aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq oktyabrın 7-si, saat 06:35-də yanıq toksimiyası səbəbindən pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, ona başın, üzün, boynun, hər iki yuxarı ətrafın, gövdənin arxa səthinin, hər iki ayağın II-III dərəcəli termiki alov yanığı, yuxarı tənəffüs yollarının yanığı, yanıq şoku diaqnozu təyin olunmuşdu", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Ağdam rayonunda baş verən yanğın nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.
Oxu.Az xəbər verir ki, hadisə oktyabrın 2-də rayonun Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verib, bu zaman yanıq xəsarəti alan 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova xəstəxanaya yerləşdirilib.
Lakin o, oktyabrın 8-də paytaxt xəstəxanalarından birində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov