Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 28.06.2026-cı il tarixində saat 9 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Xəsarət alan şəxslərin siyahısı:
Həcər Əli qızı Həsənova (1989-cu il təvəllüdlü);
Raidə Bəxtiyar qızı İmanova (1984-cü il təvəllüdlü);
Minarə Elnur qızı Babayeva (2011-ci il təvəllüdlü);
Hüseyn Pərviz oğlu İmanov (2018-ci il təvəllüdlü);
Nərgiz Əmrah qızı Hacıyeva (1966-cı il təvəllüdlü).
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən bildirir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilirlər.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir.