Ağsu şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Radim Abdullayev "Mercedes" markalı avtomobilin idarəetməsini itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü R.Abdullayev Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Fakta görə cinayət işi başlanıb, istintaq aparılır.
Aqil Vəlili