Ağsuda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan iki nəfərin vəziyyəti açıqlanıb.
Ağsu Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumatda bildirilib ki, qəzada xəsarət alan iki nəfər (kişi) 02.04.2026-cı il tarixində saat 00:30-da Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, qəza gecə saatlarında rayonun Qiyaslı kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 2006-cı il təvəllüdlü Sadiq Ağasəf oğlu Paşayev "Mercedes" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişini, Ağsu rayonunun Kəndoba kənd sakini, 2008-ci il təvəllüdlü Qəribxan Gülxan oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.