Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Baş Prokurorluq: "Təyyarə qəzasındakı zərərçəkmişlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam etdirilir"
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasında ("Dərnəgül" metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.
"Odur ki müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun "961" nömrəli Çağrı Mərkəzi, "161" nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələrini xahiş edirik", - məlumatda bildirilib.
AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunublar. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.
Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə qəzaya uğrayıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır