Bakı bulvarında dənizdən meyit tapılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkın akvatoriyasında qeydə alınıb.
Neftçala rayon sakini, 48 yaşlı Nemət Tarverdi oğlu Nəcəfovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti sudan çıxarılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.