Bakıda kimyəvi məhlul içən 62 yaşlı kişi xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
İyunun 14-də Sabunçu qəsəbə sakini 1964-cü il təvəllüdlü Yaşar İmran oğlu Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, o, iyulun 2-si ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12