"İran ABŞ-nin tələb etdiyi demək olar ki, hər şeyə razılıq verib"
Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp CNBC telekanalına müsahibəsində bildirib:
"Hazırda danışıqlar prosesindəyik, buna görə də nəticənin necə olacağını zaman göstərəcək. Düşünürəm ki, onlar ehtiyac duyduğumuz, demək olar ki, hər bir bəndlə razılaşıblar".
Bununla yanaşı, Ağ Ev rəhbəri Birləşmiş Ştatların qısa zaman kəsiyində münaqişədə hərbi üstünlük əldə etdiyini vurğulayıb:
"Biz Vyetnamda 19 il, Əfqanıstanda təqribən 10 il, Koreya müharibəsində isə bir əsrə yaxın vaxt keçirmişik. Mən orada sadəcə dörd ay oldum. Nəticədə nə etdim? Hərbi baxımdan onları tam məğlubiyyətə uğratdım".
"Al Arabiya" telekanalının mənbəyə istinadən yaydığı xəbərə əsasən, tərəflər arasında dolayı danışıqların növbəti raundu iyulun 18-də start götürəcək. Görüşün harada keçiriləcəyi isə hələlik açıqlanmayıb.