Bakıda iki qadını vuran avtomobil və sürücü məlum olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 13:15-də paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində baş verib.
Cosqun Məhəmməd oğlu Cəmilov idarə etdiyi 90-UR-714 dövlət nömrə nişanlı "Toyota-Prius" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolu keçən iki piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan piyadalar - 1988-ci il təvəllüdlü Sayad Akif qızı Xalıqova və 1977-ci il təvəllüdlü Mehparə Akif qızı İbrahimova xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Aygun Mall" ticarət mərkəzinin qarşısında baş verib. Ticarət mərkəzinin qarşısında yolu keçən iki qadını avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün 13:20-də baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakıxanov qəsəbəsi, "Aygün Mall"un qarşısında piyada vurma səbəbi ilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Samir Əli