Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 13-də paytaxtın Nizami rayonu ərazisində baş verib.
1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi "KIA Sorento" markalı maşınla piyada 1968-ci il təvəllüdlü Gülər Xəlil qızı Nuralışını vurub.
Piyada aldığı açıq-kəllə beyin travması ilə Dövlət Gömrük Hospitalına yerləşdirilsə də, oktyabrın 15-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli