"Binəqədi rayonu ərazisində, Heydər məscidinin qarşısında baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan olmayıb".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
O qeyd edib ki, hadisə iyunun 9-u, saat 21:00-da qeydə alınıb.
"Hadisə iki BMW, KIA və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Maddi ziyanla nəticələnən qəzadır. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
Bakının Binəqədi rayonunda baş verən qəzanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə Həmzə Babaşov küçəsində baş verib.
Qəza nəticəsində BMW markalı avtomobil yol kənarında dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.
Həmin görüntüləri təqdim edirik: