Bakıda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini 2018-ci il təvəllüdlü Y.Ə. evlərinin həyətindəki dəmir barmaqlıqlardan ibarət hasardan keçmək istəyərkən başı barmaqlığa ilişib. O, hadisə yerində köməksiz qaldığından boğularaq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12