Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 30-da Bakının Nizami rayonu ərazisində baş verib.
Nizami rayonu, C.Naxçıvanski küçəsinə valideynləri ilə qohumlarının evinə qonaq gələn 2021-ci il təvəllüdlü oğlan uşağı nəzarətsiz qaldığından həmin mənzilin qonaq otağından eyvana çıxıb. O, eyvandan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12