Bakının Xətai rayonunda 2022-ci il təvəllüdlü İbrahim Qafarlının binanın 13-cü mərtəbəsindən yıxılaraq ölməsinin təfərrüatı məlum olub.
Baku TV-nin məlumatına görə, 4 yaşlı uşaq pəncərə toruna söykənib.
Nəticədə İ.Qafarlı ağırlığa tab gətirməyən torla birlikdə pəncərədən düşərək həyatını itirib.
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma Xətai Rayon Prokurorluğu tərəfindən aparılır.