Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə baş vermiş yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzillərdən birində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.