"Qarabağ"la matça ciddi yanaşırıq".
Oxu.Az xəbər verir ki, bu barədə "Napoli"nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"a qarşı matçdan əvvəl mətbuat konfransında deyib.
O bildirib ki, "Qarabağ" turnirin gözlənilməz komandalarından biridir:
"Onlar "Benfika" və "Çelsi" kimi klublarla matçlarda xal qazanıblar. Bu, rəqibin gücündən xəbər verir. Komandada bir-birinə yaxşı uyğunlaşmış, keyfiyyətli legionerlər və taktiki baxımdan nizamlı futbolçular var. Belə komandaya qarşı oynamaq bizdən böyük enerji, maksimum diqqət və intizam tələb edir. "Qarabağ"la matça ciddi yanaşırıq. UEFA Çempionlar Liqasında asan oyun olmur".
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.