İtaliyanın "Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis baş məşqçi Antonio Kontenin yenidən milli komandanın sükanı arxasına keçməsi ehtimalına qarşı çıxmayacaq.
Oxu.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisinin rəhbərliyi təcrübəli mütəxəssisin yığma komandaya ehtimal olunan təyinatına maneə yaratmamağa qərar verib.
Xatırladaq ki, italiyalı mütəxəssisin "Napoli" klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Qeyd etmək lazımdır ki, Antonio Konte 2014-2016-cı illər aralığında da İtaliya millisinə rəhbərlik edərək komandanı AVRO-2016-nın 1/4 final mərhələsinə qədər daşıyıb. Ötən mövsümdə isə o, "Napoli" ilə birlikdə İtaliya çempionluğu sevincini yaşayıb.
