Bakıda 20 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Fərqin İsmayılov saxlanılıb.
Məhərrəm Əliyev
Bakıda 20 yaşlı gənc bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.
Zərdab rayon sakini, 2004-cü il təvəllüdlü Fərqin Mehman oğlu İsbatov aralarında yaranmış mübahisə zamanı 2005-ci il təvəllüdlü Binəqədi rayonu, Binəqədi qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan İsrafil Gülsahib oğlu Babayevə bıçaqla ağır bədən xəsarəti yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli