Bakıda kanalda meyiti tapılan qadının kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, meyitin 1958-ci il təvəllüdlü Xurşud Fərəcovaya məxsus olduğu müəyyən edilib. X.Fərəcovanın cansız bədəninin üzərində heç bir xəsarət izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron magistral kanalının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən keçən hissəsində suyun üzərində aşkarlanan bir nəfər qadın meyitinin götürülməsi ilə bağlı müraciət daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.