Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda restorandakı davaya görə üç nəfər məsuliyyətə cəlb edildi
Bakıda restoranda baş verən kütləvi dava ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Nizami rayonunda yerləşən şadlıq sarayının yaxınlığında bir qrup şəxs arasında yaranmış mübahisə polis əməkdaşları tərəfindən araşdırılıb. Mübahisə tərəfləri - 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Onların barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, hadisə Nizami rayonunda yerləşən "Milord" şadlıq sarayında baş verib.
Şadlıq sarayında keçirilən məclis bitdikdən sonra qonaqlar arasında mübahisə başlayıb və bu mübahisə əlbəyaxa davaya çevrilib. Əraziyə polis əməkdaşları cəlb olunublar.
Samir Əli
"Bakı" teqi üzrə xəbərlər
- Bakıya çəyirtkələrin kütləvi axını - SƏBƏB NƏDİR?
- Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı
- Bakıda avtoqəzada xəsarət alan motosiklet sürücüsünün VƏZİYYƏTİ AÇIQLANDI
- Bakıda 40 yaşlı qadın faciəli şəkildə öldü
- Bakıda qadın klinika direktoru olan əri tərəfindən GÜLLƏLƏNDİ - Hadisə şahidi hər şeyi DANIŞDI