Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında kütləvi davanın səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, nişan mərasimində foto çəkdirməyə görə qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib.
Sərxoş vəziyyətdə mübahisə edən 4 nəfər polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12