Bakı sakinləri və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün bu həftə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az oktyabrın 26-dan noyabrın 1-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı:
Oktyabrın 31-i və noyabrın 1-də saat 20:00-da "Akram Khan Company" rəqs kollektivinin konserti
Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti 25-600 manat

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı:
Oktyabrın 30-da saat 19:00-da "Dəlinin qeydləri" tamaşası nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 10 manat.

Oktyabrın 31-dəsaat 19:00-da Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası göstəriləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8-15 manat.

Noyabrın 1-də saat 19:00-da Mirzə Fətəli Axundzadə "Hacı Qara" tamaşası oynanılacaq.
Quruluşçu rejissor Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 10-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:
Oktyabrın 29-da saat 19:30-da Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Akademik "Malıy" (Kiçik) Dram Teatrı - Avropa Teatrının təqdim etdiyi "Qağayı" tamaşası oynanılacaq.
Quruluşçu rejissor: Lev Dodin.
Biletlərin qiyməti: 200-600 manat.

Noyabrın 1-də saat 19:30-da "Geşer" (İsrail) teatrının təqdim etdiyi Dmitri Krımovun "Bloody Mary" tamaşası oynanılacaq.
Biletlərin qiyməti: 300-600 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Oktyabrın 27-də saat 19:00-da Cəlil Məmmədquluzadənin "Çay dəsgahı" adlı pyesi əsasında "Toy dəsgahı" tamaşası oynanılacaq.
Biletlərin qiyməti 5-15 manatdır.

Oktyabrın 27-də saat 19:00-da İsmayıl İmanın "Əziz Ata" tamaşası tamaşası oynanılacaq.
Biletlərin qiyməti 5-15 manatdır.

Oktyabrın 31-də saat 19:00-da "Asılqan" tamaşası nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru Abdul Qənidir.
Biletlərin qiyməti 10-15 manatdır.

Noyabrın 1-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci akt" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur.
Biletlərin qiyməti 5-15 manatdır.

Heydər Əliyev Sarayı:
Noyabrın 1-də saat 20:00-da Gennadi Xazanovun yeni solo gecəsi.
Biletlərin qiyməti 45-150 manatdır.
