Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda məktəbdə qalmaqal: "Şagirdləri döyüb tərbiyələndirmişəm"
Bakının Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddia olunur.
İddialara görə, müəllim dərs zamanı şagirdləri dəyənəklə döyür, onlara psixoloji təzyiq göstərir.
"Dərsi başa düşmədim, o da saçımı yoldu. Axırda başa düşəndə saçımı buraxdı" , - deyə məktəbli bildirib.
Məsələ ilə bağlı açıqlama verən Mehman Qurbanlı bu iddiaları təkzib edib:
"Müəllimlər mənə şikayət edirdilər ki, uşaqlar dərslərdə özlərini yaxşı aparmırlar. Mən də onları tərbiyələndirmişəm. Əgər uşaq dərsdə özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbirlər görməlidir", - deyə o qeyd edib.
316 nömrəli tam orta məktəbdən bildirilib ki, riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə irad bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb. Məlum olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər pedaqoqları da narahat edir.
Araşdırma nəticəsində müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, lakin digər şagirdlərin təhsil hüququnun pozulduğu, tədris prosesinə maneçilik törədildiyi və dərsə məsuliyyətsiz yanaşıldığı hallarda müəllimin tənbeh tədbirlərinə əl atdığı müəyyən edilib. Həmin şagirdlərin valideynləri ilə məktəbdə görüş keçiriləcək.
Məktəb rəhbərliyi sözügedən sinfə nəzarətin artırılacağını bildirib. Eyni zamanda, məktəb psixoloqunun şagirdlərlə bağlı dəstəkləyici tədbirlər həyata keçirməsi qərara alınıb.
Ətraflı Baku TV-nin süjetində:

Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə fiziki şiddət göstərdiyi iddia olunur.
Bununla bağlı sözügedən müəllimin səs yazısı yayılıb.
Valideynlərdən biri həmin müəllimin şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyini iddia edib.
Məsələ ilə bağlı açıqlama verən Mehman Qurbanlı haqqında deyilənləri inkar edib.
"Müəllimlər mənə şikayət edirdilər ki, uşaqlar dərslərdə özlərini yaxşı aparmırlar, mən də onları tərbiyələndirmişəm. Uşaqları döyməmişəm, sadəcə xətkeşi masanın üzərinə vurmuşam. Uşaq dərsdə özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbirlər görməlidir", ‒ deyə o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:

"Məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəbdaxili araşdırma aparılıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq 316 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir:
"Araşdırma zamanı məsələni doğuran səbəblər aydınlaşdırılıb, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub".
"Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək. Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb", - deyə qeyd edilib.
Aləmdə Nəsib
Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddiaları ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birində müəllimin şagirdlərə qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı polisə məlumat daxil olub.
Bildirilib ki, hazırda bununla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.