Bakıda 8-ci mərtəbədən yıxılan üç yaşlı uşağın vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər. Məlumatda qeyd edilir ki, iyunun 7-də saat 00:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xocalı prospekti, 24 A ünvanından çağırış qeydə alınıb:
"Aidiyyəti üzrə təcili tibbi yardım briqadası tərəfindən 2023-cü il təvəllüdlü uşaq (kişi cinsli) müştərək zədələnmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir".
Bakıda azyaşlı binanın səkkizinci mərtəbəsindən yıxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 7-də gecə saatlarında paytaxtın Xətai rayonu Xocalı prospektində baş verib.
2023-cü il təvəllüdlü M.Əsgərli prospektdəki çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.