Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda itkin düşən səkkizinci sinif şagirdi TAPILDI
Bakıda itkin düşən 14 yaşlı oğlan tapılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
"İtkin düşmə kimi axtarışı elan edilmiş 14 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib", - deyə E.İbrahimov bildirib.
Əzizə İsmayılova
Bakıda 14 yaşlı oğlan itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə mayın 11-də baş verib.
Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsində yaşayan 2011-ci il təvəllüdlü Rəvan Nadir oğlu Cabbarov yaşadığı mənzildən çıxaraq geri qayıtmayıb. R.Cabbarov 8-ci sinif şagirdidir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.
Aqil Vəlili