Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda sinə əməliyyatından narazı qalan qadın klinikanı CƏRİMƏ etdirdi
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən "Reo Med Tibb Mərkəzi" MMC altı min manat cərimə edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, klinikanın cərimə edilməsinə səbəb C.V. adlı şəxsin "Reo Med"də cərrahiyyə əməliyyatının uğursuz keçməsi olub.
Belə ki, C.V. "Reo Med"in həkimi Ramiz Kərimov tərəfindən mammoplastika əməliyyatı edildiyini, lakin əməliyyatın uğurlu keçmədiyi və sağlamlığında fəsadlar yarandığı barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, plastik cərrahiyyə lisenziyası olmayan klinikada C.V.-nin sağlamlığında fəsadlar yaranması ilə nəticələnən mammoplastika əməliyyatı keçirilib.
Nəticədə klinika barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
Məhkəmənin qərarı ilə "Reo Med Tibb Mərkəzi" MMC 6 000 manat məbləğində inzibati cərimə olunub. C.V. adlı şəxsə dəyən zərərin ödənilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.
"Binəqədi rayonu" teqi üzrə xəbərlər
- Baş Prokurorluq məlumat yaydı: Qanunsuz zəbt edilmiş ərazilərlə bağlı cinayət işi başlandı
- Binəqədidə parklanma problemi: "Pul alıb, əraziyə dəmir dirək basdırır"
- Bakıda bir nəfərdən hədə-qorxu ilə 100 min dollar tələb edən şəxslər SAXLANILDILAR
- 37 ailənin qazı, işığı niyə kəsilib?
- Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Rəylər