Bakı şəhəri, Xətai rayonunda təkər təmiri sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğın qısa müddətdə söndürülüb.
"FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 65 m² olan təkər təmiri sexində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub".