Bakı şəhəri, Ziya Bünyadov prospektindəki tuneldə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində TIR və "Nissan" markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobili yolun hərəkət hissəsini aşıb.
Hadisədən sonra prospektdə sıxlıq yaranıb.
Hadisənin görüntülərini təqdim edirik:
Aygün Mirakif