Bakıda yanğın hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində ikimərtəbəli taxta konstruksiyalı yaşayış binasının ikinci mərtəbəsində - Elmiralda Əliyevaya məxsus ikiotaqlı mənzildə baş verib. Hadisə nəticəsində mənzil tam yanıb.
Ev sakini, 1941-ci il təvəllüdlü Esmiralda Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə evdə yandırdığı şamla ehtiyatsız davranması nəticəsində baş verib.
Ev sahibi qonşular tərəfindən xilas olunub. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində yanğın söndürülüb, alovun başqa evlərə keçməsinin qarşısı alınıb.
Daha ətraflı videoreportajda:
Samir Əli
Video: Elnur Şıxəliyev
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub", - deyə qeyd edilib.
Bakıda yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu, Vidadi küçəsində yaşayan 1941-ci il təvəllüdlü Esmiralda Mikayıl qızı Əliyevaya məxsus evdə baş verən yanğına səbəb şam olub.
Belə ki, ev sahibi mənzilində şam yandırıb və həmin şamı yana-yana çarpayının altına qoyub yatıb.
Şamın alovundan mənzildəki yataq dəsti alışıb və alov evi bürüyüb. Hadisə nəticəsində iki otaqlı taxta konstruksiyalı mənzil tamamilə yanıb. Qonşuların köməyi ilə ev sahibi xilas edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Samir Əli
Bakının Yasamal rayonunda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə Vidadi küçəsində fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.










