Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda mühafizəçinin üzərindən maşın keçdi - TƏFƏRRÜAT
İyunun 11-i axşam saatlarında Hövsan-Türkan yolunda 51 yaşlı kişinin meyiti aşkarlanıb. İlkin məlumata görə, o, avtomobil tərəfindən vurulub və nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb.
Hadisə şahidinin bildirdiyinə görə, həlak olan şəxs mühafizəçi işləyirdi:
"Ağ rəngli VAZ-2107 onun üzərindən keçib. Polis hadisə yerinə çatanda sürücü artıq orada yox idi. Həmin şəxs Türkan sakini deyil, bir sahibkarın evində mühafizəçi kimi qalırdı".
Daxili İşlər Nazirliyindən bildirilib ki, iyunun 11-i axşam saatlarında paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yol kənarında hərəkətdə olan piyada, 1974-cü il təvəllüdlü Famil İsmayılovu vurub:
"Sürücü daha sonra hadisə yerindən yayınıb. Piyada isə aldığı xəsarətlərdən dünyasını dəyişib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanı vuran VAZ-2107 markalı avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılaraq istintaqa təqdim edilib".
Fotoda: Vüqar Nadirov
Ətraflı Baku TV-nin süjetində:

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.
Bildirilib ki, VAZ-2106 markalı taksi sürücüsü piyadanı vurub və hadisə yerindən qaçıb.
Şahidlərin sözlərinə görə, piyada vəfat edib.
Onun kimliyi hələ ki məlum deyil.
Hadisə şahidlərinin verdiyi ilkin məlumata görə, vəfat edən şəxs Türkan Aqropark bağlarında mühafizəçi işləyirmiş. Onun yolu keçərkən içkili olduğu söylənilir. Piyada yerə uzanıb və avtomobil onu görməyərək üzərindən keçib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) piyadanın ölüm faktını Oxu.Az-a təsdiqləyib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 11-i saat 22:30-da Xəzər rayonu, Hövsan yolu ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".
Aygün Mirakif
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI
- Şəmkirdə ölümlə nəticələnən avtoqəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
- Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Xəsarət alan şəxslər fəhlələr imiş
- Kəlbəcərdə qəzaya düşən hərbçilərin SON VƏZİYYƏTİ açıqlandı
- Əsgər ziyarətindən qayıdan üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU