Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən "LOT Polish Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı alıb və məcburi eniş sorğusu göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilib, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o, tibbi nəzarətə götürülüb.
Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.

"Heydər Əliyev Beynəlxalq Aeroportu (Hava limanı) GYD" teqi üzrə xəbərlər
- Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Azərbaycana dövlət səfərinə gəlib
- Saxta sənədlə Azərbaycana gələn Türkiyə vətəndaşına hökm oxundu
- Banqkok-Helsinki sərnişin təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ
- İntensiv yağıntılar və güclü külək Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə necə təsir edib?
- "Air Astana" aviaşirkəti Bakı aeroportuna məcburi enişlə əlaqədar açıqlama yaydı