Mayın 1-də saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi "Mercedes" və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub.
Oxu.Az xəbər verir ki, nəticədə "Mercedes"in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12