Balakən rayonunda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan sərnişin xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində xəsarət alan,1994 -cü il təvəllüdlü Şamil Saxalov bu gün xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, dekabrın 15-də Balakən rayonunun Talalar kəndi ərazisində VAZ-2106 və VAZ-2115 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölmüş, digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və VAZ-2106-da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət almışdı.
Samir Əli