Bərdə rayonunun Alaçadırlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Sürücünün idarəetməsindən çıxan "Changan" markalı minik avtomobili yol kənarındakı yaşayış evinə çırpılıb. Qəza nəticəsində evin divarı uçub.
Hadisə şahidi Hüseyn İsmayılzadə baş verənlərlə bağlı Baku TV-yə danışıb.
"Evdə uzanmışdım. Səsə çıxanda gördüm ki, qardaşımın uşaqları dağıntılar altında qalıb, üstlərinə daş tökülüb. Vəziyyətləri ağır idi, daşların arasından çıxa bilmirdilər. Dərhal köməklərinə çataraq onları oradan çıxardım", - deyə o bildirib.
Ev sahibi Vüsal İsmayılzadə isə bildirib ki, hadisə şahidləri avtomobili idarən edənin uşaq olduğunu deyiblər.
Qəza zamanı evdə olan bir ailənin üç üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bərdə rayonunda avtomobil yaşayış evinə çırpılıb, xəsarət alanlar var.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Məlumata görə, idarəetmədən çıxan "Changan" markalı avtomobil yol kənarındakı evə çırpılıb. Zərbənin təsirindən tikilinin divarı uçub.
Qəza zamanı evdə olan bir ailənin üç üzvü - Sevinc, Xədicə və Günel İsmayılzadələr müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.