Nepalda baş verən güclü daşqın nəticəsində 910 nəfər itkin düşmüş hesab olunur, 1 500-ə yaxın insan isə xilas edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq göstəriciləri ölkənin Risklərin Azaldılması və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi açıqlayıb.
"İtkin düşənlər arasında 28 polis əməkdaşı, 57 hərbi qulluqçu və 517 əcnəbi turist var. 73 nəfər xəsarət alıb", - deyə idarədən bildirilib.
Xilasetmə əməliyyatlarına 17 295 nəfər cəlb olunub.
Nepalda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 359-a yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polisə istinadən "Kathmandu Post" qəzeti məlumat yayıb.
Nepalın şimal əyalətlərində qeydə alınan şiddətli daşqınlar nəticəsində 332 nəfər həyatını itirib.
Oxu.Az "The Kathmandu Post" nəşrinə istinadən bildirir ki, bu barədə yerli polisdən məlumat verilib.
Ən çox meyit Çitvan və Şərqi Navalparasi rayonlarında aşkar edilib. Hazırda hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri həmin ərazilərdə axtarış-xilasetmə tədbirlərini davam etdirirlər.
Nepalın şimal bölgələrində qeydə alınan şiddətli daşqınlar nəticəsində 270 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları rəsmi məlumat yayıb.
Nepalda baş verən şiddətli daşqınlar nəticəsində azı 175 nəfər həyatını itirib, 476 əcnəbi vətəndaş isə itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi Nepal səfirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
"Hazırda 175 meyit aşkar edilib, həm yerli sakinlər, həm də turistlər olmaqla çox sayda insan itkin düşmüş sayılır. Son məlumatlara əsasən, 28 müxtəlif ölkədən olan 476 nəfərin taleyi barədə heç bir xəbər yoxdur", - deyə agentliyi məlumatlandıran mənbə vurğulayıb.
Qeyd edək ki, sel fəlakəti avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgələrində qeydə alınıb. İlkin ehtimallara görə, daşqın dalğası Çin və Nepal sərhədində qar və daş uçqununun baş verməsi səbəbindən yaranıb.
Nepalda baş verən dəhşətli daşqınlardan sonra 579 nəfər itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumların yaydığı rəsmi məlumatlarda bildirilib.
Məlumata görə, itkin düşənlərin 466-sı 28 fərqli ölkənin vətəndaşıdır.
Daha 113 nəfər isə Nepalın öz sakinidir. Hüquq-mühafizə orqanları itkin düşən əcnəbilərin tam siyahısını və hansı ölkələrə mənsub olduqlarını hələlik açıqlamayıb.
Təsdiqlənmiş məlumatlara əsasən, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 162 nəfərə çatıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir və bu səbəbdən rəqəmlərdə dəyişiklik ola bilər.