Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir.
Oxu.Az qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:
Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, E.Rüstəmovun qətlində tanışı, 30 yaşlı Cavad Hüseynov şübhəli bilinir.
Mərhumun qohumunun sözlərinə görə, tərəflər Elnur Rüstəmovun dayısı oğlunun yığıncağında yeyib-içərkən aralarında mübahisə yaranıb. Daha sonra mübahisə Cavad Hüseynovun evinin qarşısında davam edib. Nəticədə o, Elnuru ürək nahiyəsindən bıçaqlayıb.
Mərhumun yaxınlarının sözlərinə görə, qarşı tərəf hadisədən sonra özü gedib polisə təslim olub:
"Tərəflər yaxın qohum olublar. Səhər eşitdik ki, belə bir hadisə baş verib. Elnur ailədə iki oğuldan böyüyü idi. Çox mehriban, hamı ilə ünsiyyətcil uşaq idi. Məsələnin bu həddə gəlib çatması üçün bir səbəb olmayıb".
Hadisəni törətməkdə şübhəli bilinən Cavad Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma başlanılıb.