Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Beyləqanda 48 yaşlı kişi sirkədən zəhərlənərək ölüb
Beyləqanda zəhərlənmə hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Yunus Abbasov zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Onun sirkədən zəhərləndiyi bildirilir.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Y.Abbasovun hansı şəraitdə sirkə içməsi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
"Zəhərlənmə hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar