Beyləqan rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 15-də gecə saatlarında baş verib.
Naməlum şəxs maskalanaraq 1967-ci il təvəllüdlü Bəsti Həsənovanın evinə oğurluq məqsədi ilə daxil olub. Ev sahibinin yatdığını zənn edən şəxs mənzilə daxil olandan sonra axtarışlara başlayıb. Həmin vaxt B.Həsənova səsə oyanıb və otağa daxil olub. Bu zaman isə maskalı oğru ilə üzləşib. Qadın qışqırmaq istəyərkən həmin şəxs onun ağzını tutub və cibindəki bıçağı onun boğazına dirəyərək evdəki pul və qiymətli əşyaların yerini soruşub. Qadın evində pul olmadığını deyib. Bu vaxt oğru B.Həsənovanın bədəninin müxtəlif hissələrinə bıçaq zərbələri endirərək hadisə yerindən qaçıb.
Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Beyləqan rayonunda qadın qətlə yetirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bolsunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1967-ci il təvəllüdlü Bəsti Həsənova yaşadığı evdə bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Samir Əli