Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Biləcəri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət və taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Ərazidən görüntünü təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12