Biləsuvarda bıçaqlanma hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 7-də saat 02:00-da 2006-ci il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ əlin və kürək nahiyəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent üzərində cərrahi əməliyyat icra olunub və hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Biləsuvarda iki gəncin bıçaqlanmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında əvvəllər də mübahisə yaşanıb.
Münasibətlərin kəskinləşməsinə səbəb bir neçə ay əvvəl söyülən söyüş olub.
Gecə saatlarında düşən mübahisə qısa zamanda davaya çevrilib. Hadisə nəticəsində S.Qəmbəri K.Rəhimlini boynundan, T.Şahbazovu isə bud və qabırğasından bıçaqlayıb.
Biləsuvarda iki gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər sakinləri - 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.