Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Binəqədidə şadlıq sarayında YOXLAMA - Nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən fiziki şəxs Allahverdi Abbas oğlu Ələkbərova məxsus "Üzeyir" şadlıq sarayında yoxlama həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin, emal prosesində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların mövcud olmadığı, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Çin və Rusiyadan idxal edilmiş kürünün "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb
- Bəzi sosis və kolbasaların istehsalı dayandırılır: Tərkibində donuz DNT-si aşkarlanıb
- AQTA müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlara çağırış edib
- İki qurumdan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT
- Çörəkdən siqaret kötüyü çıxıb? - Şirkətdən iddialara CAVAB